Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nar üçün yeni zavod tikilir - rayonlardan nar alınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nar üçün yeni zavod tikilir - rayonlardan nar alınacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvlərindən olan “ANTİM” MMC–yə məxsus Goranboy rayonunda yerləşən 200 hektarlıq nar bağında nar məhsullarının emalı üçün yeni istehsal sahəsi yaradılır.

 

Hazırda müəssisədə nardan alınan məhsulların daha innovativ metodlarla emalı və istehsalı məqsədilə emal texnologiyalarının tətbiqi sahəsində ixtisaslaşmış İtaliyanın qabaqcıl “Fenco” şirkətinin istehsalı olan müasir avadanlıqlar quraşdırılır.

 

Müəssisədə yeni avadanlıqların quraşdırılması ilə yaxından tanış olmaq üçün Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov və narçılar istehsalat sahəsində olublar.

 

Fərhad Qaraşov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, bağçılığın inkişafına da göstərdiyi diqqət və qayğı nəticəsində meyvələrin şahı sayılan narın yetişdirilməsində xeyli irəliləyişə nail olunub. Dünya bazarında böyük tələbat olan nar şirəsinin emalı və ixracı məqsədilə respublikamızda yeni bağlar salınıb və istehsalat sahələri tikilib.

 

“Dadı və keyfiyyəti ilə seçilən Azərbaycan narının və ondan alınan məhsulların xarici bazarlarda tanıdılması məqsədilə “Made in Azerbaijan” brendi altında vahid stendlər təşkil edilib. Həmçinin yeni bazarların tapılması üçün ayrı-ayrı ölkələrə ixrac missiyaları təşkil olunub. Son illərdə bu işlərin daha koordinasiyalı təşkili üçün Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, narçılıq sahəsində də görülən işlərin intensivliyini təşkil etmək məqsədilə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb”, - deyə Fərhad Qaraşov vurğulayıb.

 

Qeyd edilib ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı gündən narçılar arasında maarifləndirmə işləri, texniki təlimlər keçirib, yeni bağların salınmasında və istehsalat sahələrinin yaradılmasında öz köməyini əsirgəməyib. Assosiasiya tərəfindən həyata keçirilmiş bütün tədbirlər respublikamızda narçılıq sahəsinin inkişafına, eləcə də məhsulların istehsal və ixracına öz töhfəsini verib.

 

Yeni müəssisənin fəaliyyət imkanlarından danışan Fərhad Qaraşov bildirib ki, bu emal sahəsinin yaranması ilə 50 nəfər mövsümi, 8 nəfər isə daimi işlə təmin edilib. Həmçinin gələcəkdə Goranboy, Bərdə, Yevlax və Ağdaş rayonlarındakı fermerlər də yetişdirdikləri narları emal üçün bu müəssisəyə təhvil verə biləcəklər.

 

Emal sahəsində istehsal olunan nar konsentratından həm yerli istehsalçılar tərəfindən nar şirəsi istehsalında istifadə ediləcək, həm də müxtəlif ölkələrə ixrac olunacaq. Konsentrat istehsalı ilə bağlı yaranan nar çiyidi təbii nar yağının alınmasına, çiyidin yerdə qalan kütləsi isə kosmetik məhsulların istehsalına və heyvan yemlərinə qatqı kimi istifadəyə yönəldiləcək.

 

Narçılıq sahəsinə dövlət dəstəyindən danışan Fərhad Qaraşov deyib ki, nar məhsullarının emalı sahəsini quran “ANTİM” MMC-yə təşviq sənədi verilib və beləliklə, gömrük rüsumlarının ödənilməsindən azad olunub.

 

Sonda iştirakçılara italiyalı mütəxəssis Konstantin Deproquqle tərəfindən müəssisədə qurulan yeni avadanlıqlar haqqında ətraflı məlumat verilib, istehsal texnologiyasının iş prinsipi izah olunub.

 

© Azərtac

12.09.2017 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ