Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

70 milyard avroluq çılğın plan

iç səhifə xəbər başlığı altı (mobil)_31
70 milyard avroluq çılğın plan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın avtomobil nəhəngi Volkswagen, bazarı getdikcə güclənən elektrikli avtomobillər (elektromobil) üçün yeni planını açıqlayıb. 2030-ci ildə bütün modellərin elektrikli versiyalarını təqdim edəcəklərini qeyd edən Volkswagen, ən azı 70 milyard avro xərcləyəcək.



 
Dünyanın ən böyük avtomobil istehsalçısı Almaniyanın Volkswagen şirkəti də elektrikli avtomobil "dəbinə" uyğunlaşır. 2 ildir ki, emissiya qalmaqalı ilə etibarı sarsılan Volkswagen, benzin və dizel mühərriklərdən uzaqlaşma planını sürətləndirir.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Almaniya nəhəngi, 2030-ci ildə bütün modelləri üçün ətraf mühitə zərər verməyən elektrikli versiyaları istehsal edəcəkdir.


 
Frankfurt Avtomobil Sərgisi ərəfəsində danışan Volkswagen-in İcraçı direktoru Matthias Müller, Volkswagen "çətiri" altında 12 markanın 300 fərqli modelində elektrikli versiya variantı təqdim edəcəklərini deyib.


 
Volkswagen, bu plan üçün 50 milyard avro elektrik batareya xərci başda olmaq üzrə, 2030-ci ildək 70 milyard avro xərcləyəcək.


 
Bu ana qədər bir çox böyük avtomobil istehsalçısı elektrik model planını açıqlasa da Volkswagenin açıqladığı əməliyyatın böyüklüyü sənaye içərisində ən geniş miqyaslı olanıdır.


 
 "DƏYİŞİKLİYİN LİDERİ OLACAĞIQ"


 
Ekspertlərə görə, Alman nəhənginin elektromobil israrı, eyni zamanda 11 milyon dizel maşındakı emissiya manipulyasiyası qalmaqalında sarsılan imicin yenidən təsis edilməsi üçün də bir fürsət kimi təqdim olunur. Dizel texnologiyasından uzaqlaşmağa meylli istehlakçının da, geri qayıdışı gözlənir.


 
 Avropa Birliyi ölkələri başda olmaqla dünyadakı bir çox məkanda ətraf mühit standartları sərtləşdirilir. 


 
Müller, etdiyi açıqlamada "Bir mesajımız var və bunu çatdıracağıq", -deyərək də qətiyyətini göstərib.

 

Avtomobil sənayesindəki dəyişikliyin qarşısıalınmaz olduğunu deyə Volkswagen-in İcraçı Direktoru "bu dəyişiklikdə biz lider olacağıq" deyib.

12.09.2017 15:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ