Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Göyçayda da yığımına başlanıb, məhsuldarlıq 30-35 sentnerdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Göyçayda da yığımına başlanıb, məhsuldarlıq 30-35 sentnerdir

Göyçay rayonunun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri çəltik yığımına başlayıblar.

 

Reklam_3_11

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, bu il 8 kənddə, ümumilikdə, 219 hektar sahədə çəltik əkilib. Məhsuldarlığın yüksək olması üçün çəltik zəmisinə lazımi aqrotexniki qulluq göstərilib. Hazırda rayonun Yeniarx, Çərəkə və Alpoud kəndlərində çəltik biçini davam edir. Biçin kampaniyasına 5 kombayn və bir o qədər də yük avtomobili cəlb olunub. Bu günədək 20 hektar sahənin məhsulu biçilərək, qurudulma meydançasına toplanılıb.

 

Mütəxəssislərin hesablamalarına görə, rayonda hər hektar çəltik sahəsində məhsuldarlıq 30-35 sentnerdir.

 

Kəndlilər qurudulan çəltiyi dəyirmanda emal edərək, ondan keyfiyyətli düyü götürürlər.

 

Düyünün hər kiloqramını müştərilərə sərfəli qiymətə, yəni 1,5-2 manata satan fermerlər gələn il əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar.

 

Boş və istifadəsiz qalan şoran torpaqların çəltik əkininə cəlb edilməsi üçün su arxı qazılır və digər hazırlıq işləri görülür. Dövlət dəstəyindən həvəslənən fermerlər gələn il rayonda 500 hektar sahədə çəltik əkməyi qarşıya məqsəd qoyublar. Ötən il rayonda cəmi 28 hektar sahədə çəltik əkilmişdi.

 

© Azərtac

12.09.2017 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ