Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Plantasiyalarda yığımı davam edir, 14 min ton gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Plantasiyalarda yığımı davam edir, 14 min ton gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şamaxıda kütləvi üzüm yığımı kampaniyası davam edir.

 

Rayon kənd təsərrüfatı idarəsindən  bildirilib ki, plantasiyalardan hələlik 4 min tonadək məhsul yığılıb. İlkin olaraq ağ və qara kişmişi, “Kardinal”, “Ağadayı” və digər süfrə sortları dərilir.

 

Daha çox üzüm plantasiyalarının olduğu Məlikçobanlı, Adnalı, Çarhan, Mədrəsə, Mirikənd ərazi vahidlərində, Şəhriyar qəsəbəsində hər gün bağlara yüzlərlə işçi çıxır.

 

Qeyd edək ki, vaxtilə Azərbaycanın ən böyük üzümçülük rayonlarından olan Şamaxıda son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq plantasiyaların sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsuldardır.

 

Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsalı proqnozlaşdırırlar.

 

© Azərtac

13.09.2017 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ