Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Yeni avtomobil zavodu ilin sonuna kimi istifadəyə veriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yeni avtomobil zavodu ilin sonuna kimi istifadəyə veriləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda yeni avtomobillərin buraxılacağı planlaşdırılır. Bunu  Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.


Onun sözlərinə görə, Neftçalada avtomobil zavodunun tikintisi sona çatmaq üzrədir: "Biz iranlı tərəfdaşlarımızla birgə avtomobil istehsalının başlanğıc tarixini gələn il kimi müəyyən etmişik".


Qeyd edək ki, Neftçala sənaye məhəlləsində İran tərəfi ilə birlikdə tikilməkdə olan avtomobil zavodunun əsası 2016-cı ildə qoyulub. Müəssisənin planlaşdırılmış gücü ildə 10 min avtomobil təşkil edir.


Nazir müavini həmçinin əlavə edib ki, öz zavodlarını tikən əczaçılıq şirkətləri ilə də əməkdaşlıq davam edir: "P-farm" şirkətinin zavodu gələn il istifadəyə veriləcək, İranın əczaçılıq şirkətinin zavodunun isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub".


S.Babayev qeyd edib ki, ölkə başçısının sərəncamı ilə əsası qoyulmuş sənaye parkları və məhəllələri uğurla inkişaf edir və yenilərinin açılışı planlaşdırılır.

 

© Report

13.09.2017 09:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ