Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir
Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
Səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının (“müəssisə resurslarının idarəetmə sistemi”) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.
Dünya Bankının “Korporativ və büdcə sektorunda hesabatlılıq” layihəsi çərçivəsində Azərbaycanda tətbiq edilmiş FARABI sistemi vasitəsilə bütün mühasibat sənədləri Maliyyə Nazirliyinə elektron formatda təqdim edilir.
Artıq bir neçə ildir ki, bu sistem Azərbaycanın 150-dən artıq dövlət təşkilatında, həmçinin bir çox ali təhsil müəssisələrində effektiv istifadə olunur.
Maliyyə Nazirliyinin sifarişi ilə Azərbaycanın SINAM şirkəti tərəfindən ərsəyə gətirilmiş FARABI sistemi “bulud” texnologiyaları üzərində qurulub. FARABI sistemi effektivliyi və texnoloji üstünlüklərinə görə Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan təcrübəsini beynəlxalq aləmdə nümayiş etdirmək üçün bu beynəlxalq maliyyə institutu tərəfindən xüsusi sənədli film də çəkilmişdir.
Əfqanıstanın Maliyyə Nazirliyi ölkəsində Azərbaycanın FARABI sisteminin analoqunu tətbiq etmək niyyətindədir və bu iri və mürəkkəb layihənin həmin ölkədə reallaşdırılması üçün Azərbaycan Respublikasından, habelə Dünya Bankından və ya digər beynəlxalq maliyyə institutlarından yardım cəlb edilməsini nəzərdən keçirir.
Sentyabrın 15-dək davam edəcək səfər çərçivəsində Əfqanıstanın Maliyyə Nazirliyinin nümayəndə heyəti üçün FARABİ sisteminin tətbiq olunduğu bir sıra dövlət təşkilatlarında görüşlər təşkil olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl