Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Uğur"da qızıl hasilatına başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Uğur"da qızıl hasilatına başlandı

Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur" yatağında hasilat işlərinə başlanılıb. Bu barədə Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.
 


Məlumatda qeyd olunub ki, bu yataqda istehsalın başlanılması şirkətin ümumi hasilatında əhəmiyyətli dəyişikliyə səbəb olub. Belə ki, sentyabrın 1-dən sentyabrın 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib. Bu isə ötən ilin orta gündəlik hasilatından 116% çoxdur. “Uğur yatağında tam həcmdə hasilat başlayandan sonra orta gündəlik istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq”, - deyə məlumatda vurğulanıb.
 

Reklam_3_11


"Anglo-Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri bu yataqda hasilatın başlanmasını mühüm nailiyyət adlandırıb: “Əminik ki, “Uğur” yatağı şirkətin ən mühüm investisiyalarından biri olacaq. Həqiqətən də qizil istehsalında ciddi artım qeydə alınıb. Əgər ötən ilin 8 ayı ilə müqayisə etsək, istehsal olunan qızılın həcmində 2 dəfə artım qeydə alınıb”.
 


“Uğur” yatağında hasilatın hesabına bu il şirkət 72 min unsiya qızılın istehsalı ilə bağlı verdiyi proqnoza əməl edə biləcək.
 


Qeyd edək ki, “Uğur” yatağında 199 min unsiya qızıl, 1049 mln. unsiya gümüş ehtiyatının olduğu ehtimal edilir.

 

© APA

13.09.2017 13:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ