Bakıda 4-cü Hyundai Servis festivalı başlayır
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti müştəri məmnuniyyətini artırmaq üçün avtomobil sahiblərinə əlavə fürsətlər təqdim etməkdə davam edir.
Bu gün də yüksək xidmət səviyyəsini qoruyub saxlayan şirkət 15,16,17 Sentyabr 2017-ci il tarixlərində 4-cü servis festivalını keçirəcəkdir.
Bakı Olimpiya Stadionunun böyük avtomobil dayanacağında keçiriləcək servis festivalında bütün “Hyundai” markalı avtomobillərə bir çox servis xidmətləri pulsuz və ya endirimlə göstəriləcəkdir.
Festival, avtomobilinizi ümumi pulsuz texniki baxışdan və elektron diaqnostikadan keçirtmək, mühərrik sistemində azalmış mayelərin əlavə edilməsi, asqı sistemini test sürüşü edərək yoxlamaq, şikayətlərin yerində mümkündürsə həll edilməsi, Hyundai-ın yeni modelləri ilə test sürüşü etmək kimi fürsətlər təqdim edəcəkdir.
Tədbirin iştirakçılarına, rəsmi Hyundai servis mərkəzlərində bir dəfə istifadə etməklə servis xərclərinə 20 % , orjinal ehtiyyat hissələrinə isə 10 %-lik endirim imkanı verən xüsusi kupon qazanmaq şansı yaradılacaqdır. Həmçinin, Festivalda iştirak edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaqdır.
Hyundai servis və ehtiyyat hissələri şöbəsinin müdürü Şahin Kərimov bildirdi ki, festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqdır:
“Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə də hər zaman öndədir. Keçiriləcək festival servisə verdiyimiz önəmin növbəti bariz nümunəsidir. Bütün Hyundai sahiblərini 15,16,17 Sentyabr tarixlərində Bakı Olimpiya Stadionuna dəvət edirik”.
Tədbir qeyd olunan tarixlərdə saat 9:00 – 17:00 arasında keçiriləcəkdir. Ətraflı məlumat: www.hyundai.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl