Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Auto Azərbaycan” gələn il daha çox Hyundai satacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Auto Azərbaycan” gələn il daha çox Hyundai satacağını gözləyir

Cənubi Koreyanın Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti 2018-ci ildə avtomobil satışlarının artacağını gözləyir.

 

Şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə “Marja”ya bildirib ki, əgər məzənnələr çox qalxmasa gələn il satışlar bir qədər artacaq:

 

“Bu il üçün böyük bir gözləntimiz yoxdur. Amma gələn ildən satışların bu illə müqayisədə daha yaxşı olacağını gözləyirik. Satışların təxminən 20-25% artacağını proqnozlaşdırırıq”.

 

Nasir Seyidzadə qeyd etdi ki, bu il Avronun Manat qarşısında 10%-ə yaxın qalxması da çətinlik yaradır:

 

“Avronun bahalaşması Çexiyadan gətirdiyimiz Tucson-ların qiymətlərinə təsir edir. Hələlik gözləyirik, biz satış qiymətlərimizi artırmamışıq. Əgər Avronun bahalaşması daha çox olarsa biz də qiyməti qaldırmalı olacağıq”.

 

Qeyd edək ki, gələn il Hyundai-ın bir neçə yenilənmiş modelinin satışına başlanacaq. Yeni modellərin satışa çıxmasının Hyundai-ın satışlarına müsbət təsir edəcəyi gözlənilir.

 

Digər tərəfdən,  Dollar/manat məzənnəsinin sabitləşməsinin, 2018-ci ildən iqtisadi artımın gözlənməsinin avtomobil satışlarını canlandıracağı nəzərdə tutulur.

 

Əlavə edək ki, Hyundai satış və servisə investisiyalarını artırır. Belə ki, “Auto Azərbaycan” şirkəti Hyundai salonlarını şirkətin yeni korporativ üslubuna və standartlarına uyğun olaraq təmir etməyə başlayıb. Şirkət birinci Xırdalan satış və servis mərkəzini yeni üsluba uyğun olaraq təmir edib və istifadəyə verib.

 

“ELEKTROMOBİL ALIŞI TƏŞVİQ EDİLMƏLİDİR”

 

Dünyada elektromobillərin istehsal və satışı sürətlə artsa da, Azərbaycan bu trenddən geri qalır. Nasir Seyidzadənin sözlərinə görə, Azərbaycanda elektrikli avtomobillərin satışının artması üçün dövlət təşviqlər təqdim etməlidir:

 

“Dövlət elektromobil alışını  təşviq etməlidir. Bütün dünyada dövlətlər təşviq edir, elektromobillər üçün görük rüsumları, vergilər aşağı salınır. Təəssüf ki, Azərbaycanda təşviq yoxdur. Hazırda elektromobil idxalı çox baha başa gəlir”. 

14.09.2017 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ