Dövlət qurumlarına “NAZ-Lifan” verilir
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 2, Dövlət Arxiv İdarəsinə 1, Kəngərli Rayon Məhkəməsinə 1, İqtisadiyyat Nazirliyinə 1 və Ordubad Rayon Baytarlıq İdarəsinə 1 ədəd “NAZ-Lifan” markalı xidməti avtomobil təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməkdir.
Bu gün 5 dövlət qurumuna yerli istehsal olan “NAZ-Lifan” markalı xidməti avtomobillərin verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Yeni xidməti avtomobillər idarəetmədə işin keyfiyyətini daha da yüksəldəcək.
Qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodunun bu gün təqdim olunan “NAZ-Lifan-620” və “NAZ-Lifan X-60” modelləri yüksək keyfiyyəti və rahatlığı ilə seçilir. Bu da işin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir. Buna görə də dövlət qurumlarının əməkdaşları avtomobillərin düzgün istismarına fikir verməli, onlara vaxtında lazımi texniki qulluq göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov yeni avtomobillərin dövlət qurumlarında xidmətin keyfiyyətini yüksəldəcəyini, idarəetmədə səmərəliliyi artıracağını qeyd edib.
Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl