Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu avtomobil Bakıya gətirilməmiş satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu avtomobil Bakıya gətirilməmiş satılır

Böhrana baxmayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da biznes sedan və digər lüks avtomobillərin satışı kəskin azalmayıb. Bunu Hyundai-ın Grandeur 2017 modelinə olan maraq da təsdiq edir.

 

“Marja”nın “Auto Azərbaycan” şirkətdəki mənbəsindən əldə etdiyi məlumata görə, yeni Grandeur-lar yolda olan zaman satılır. Şirkətin son iki partiyada zavoddan aldığı 10 ədəd Grandeur dərhal satılıb.

 

Mənbənin sözlərinə görə, hazırda iki ayın sifarişi olan 16 ədəd Grandeur yoldadır və onların da böyük hissəsi indidən satılıb. Hyundai Grandeur biznes sedanını əsasən şirkətlər və iş adamları alırlar.

 

Grandeur 3 litr mühərriklə təchiz olunur. Böyük mühərriklər üçün daha çox gömrük rüsumu alındığı üçün Grandeur-un qiyməti bir qədər qalxıb. Hazırda şirkət bu modeli 70600 manata satır. Sentyabrın ortasından sonra  “Auto Azərbaycan”ın salonunda qısa müddətə yeni Grandeur nümayiş etdiriləcək.

 

Azərbaycana növbəti Grandeur-lar Noyabr ayında göndəriləcəkdir. Yeni Grandeur almaq istəyənlər indidən müraciət etməlidirlər.

15.09.2017 13:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ