Bank VTB (Azərbaycan) sığınacaq uşaqlarını təbrik edib
Bank VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub.
Bankın əməkdaşları uşaqların qonağı olub və uşaq evinin şagirdləri üçün gətirdikləri məktəb ləvazimatı komplektlərini onlara təqdim ediblər. 1-9-cu sinif şagirdləri olan uşaqlara çanta, dərslik, dəftər, penal, məktəb üçün lazım olan digər ləvazimatlar və payız ayaqqabıları hədiyyə olunub.
“Sosial layihələrin reallaşdırılması xoş ənənəyə çevrilib ki, buna da bank VTB (Azərbaycan) xüsusi diqqət yetirir. Biz şadıq ki, bu gün uşaqların inkişafına öz töhfəmizi verə bilirik. Uşaqlara dərslərində müvəffəqiyyətlər arzu edirik”- deyə, VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Risklər və monitorinq departamentinin rəhbəri Vadim Klimenko bildirib.
Xatırladaq ki, cari ilin yanvarında bank VTB (Azərbaycan) bu sığınacağın uşaqları üçün kompüter sinfi təmir edib və lazımı texnika və mebellə təmin etmişdi.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 40 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl