Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"2018-in büdcə layihəsini Nazirlər Kabinetinə təqdim etmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"2018-in büdcə layihəsini Nazirlər Kabinetinə təqdim etmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi layihəsini Nazirlər Kabinetinə təqdim edib.

 

Bu barədə Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev məlumat verib.

 

“Sentyabrın 15-də “Büdcə sistemi haqqında” qanuna və “2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə 2019-2021-ci illər üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub”, - M.Piriyev bildirib.

 

Bununla yanaşı, o, dövlət büdcəsinin göstəricilərini dəqiqləşdirməyib.

 

Qüvvədə olan qanunvericiliyə əsasən, sentyabrın 25-dək Nazirlər Kabineti layihəni müzakirə edərək baxılması üçün Azərbaycan prezidentinə təqdim etməlidir. Oktyabrın 15-dən gec olmayaraq Prezident Administrasiyası layihəni parlamentə təqdim etməlidir. 

 

© “İnterfaks-Azərbaycan” 

18.09.2017 11:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ