Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan Gündoğar ölkəyə birbaşa reyslər açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Gündoğar ölkəyə birbaşa reyslər açılacaq

Yaponiyanın iqtisadi dairələrində xüsusi nüfuza malik olan “Nikkey” qəzeti bu Gündoğar ölkə ilə Azərbaycan arasında açılacaq birbaşa aviareyslərin əhəmiyyətindən bəhs edən geniş məqalə yayıb.

 

Məqalədə qeyd edilir ki, artıq 2016-cı il yanvarın 24-dən Azərbaycanın “Silkway West Airlines” şirkəti Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Komatsu Hava Limanına birbaşa yük daşımalarını həyata keçirir. Vurğulanır ki, bu reyslər iki dost ölkə arasında iqtisadi və ticari əməkdaşlığın inkişafına xidmət edir.

 

Cari ilin iyulunda Bakıda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Yaponiya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Bürosu arasında əməkdaşlıq haqqında sazişin imzalanması məqalədə xüsusi qeyd edilir. Bildirilir ki, sazişə əsasən yaxın zamanlarda Azərbaycandan yükdaşıma təyyarələri Yaponiyanın Tokio şəhərinin “Narita” və “Haneda” beynəlxalq hava limanları istisna olmaqla, istənilən aeroporta yükdaşıma reyslərini həyata keçirə biləcək. Bundan əlavə, birbaşa sərnişin təyyarələri Tokio şəhərinin “Haneda” beynəlxalq hava limanı istisna olmaqla, istənilən hava limanına reyslərin uçuşuna başlayacaq.

 

Yeni açılacaq aviareyslərin iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın inkişafına mühüm təkan verməsi ilə yanaşı, həm də dost xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcəyi, qarşılıqlı turist səfərlərinin artmasına böyük təsir göstərəcəyi məqalədə xüsusi qeyd edilir.

 

© Azərtac

18.09.2017 14:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ