950 ədəd SOCAR istiqrazı bir əqdlə alındı
Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı ilə bağlı 3 əqd qeydə alınıb. Bu barədə BFB-yə istinadən bildirilir.
Məlumata görə, əqdlər hər biri 950, 50 və 8 ədəd olmaqla ümumilikdə 1 008 SOCAR istiqrazının təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Birinci əqd üzrə 950 qiymətli kağızın hər biri 1 012,98 dollardan realizə edilib ki, bu da sövdələşmənin ümumi dəyərinin 962 331 dollar olması deməkdir. Qalan 58 istiqraz isə 1 012,75 dollardan alınıb-satılıb. Yəni, bu üç əqdin umumi dəyəri 1 021 075,5 dollar olub.
Qeyd edək ki, SOCAR istiqrazlarının alqı-satqısı üzrə market-meyker fəaliyyətini “PSG-Kapital” investisiya şirkəti həyata keçirir. Bu gün həmin şirkət müəssisənin 1 səhmini 1 011 dollardan alıb, 1 015 dollardan satıb. Görünən odur ki, sövdələşmə predmeti olan istiqrazlar “PSG-Kapital”a deyil, birbaşa investora satılıb.
SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl