Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergilər "Turan" Agentliyinə qarşı vergi sanksiyasını bərpa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər "Turan" Agentliyinə qarşı vergi sanksiyasını bərpa edib

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.


 
APA-nın xəbərinə görə, "Turan"ın yaydığı məlumatda bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var.

Reklam_3_11


 
Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.


 
Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması gözlənilir.


 
Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.


 
M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

19.09.2017 09:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ