Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Məhsul bol olduğundan, qiyməti xeyli ucuzdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhsul bol olduğundan, qiyməti xeyli ucuzdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir.

 

Reklam_3_11

Bir müddətdir üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək 260 tondan çox üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 ton çoxdur. Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm sahələrindən 15-20 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə mövsümüm sonuna kimi bağlardan 1400-1500 ton məhsul götürmək mümkün olacaq.

 

Qeyd edək ki, ötən ilə nisbətən cari ildə məhsul bol olduğundan üzümün qiyməti də xeyli ucuzdur. Bağbanlar üzümün 1 kiloqramını yerində 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub.

19.09.2017 19:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ