Beynəlxalq Bankın səhmdarları barədə məlumatlar yenilənir
Azərbaycan Beynəlxalq Bankı səhmdarları barədə anket məlumatlarının yenilənməsi və faktiki mövcudluğunun təsbit edilməsi məqsədilə səhmdarlarına müraciət edib.
“Marja” xəbər verir ki, Bankın elanında deyilir:
-Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə uyğun Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarının saxlanması, onun səhmdarlarının reyestrinin aparılması xidmətləri göstərilir.
MDM-in uçot sistemində bankın səhmdarları barədə anket məlumatlarının yenilənməsi və faktiki mövcudluğunun təsbit edilməsi məqsədilə bankın səhmlərinə sahibliyini təsdiq edən aidiyyəti sənədlərin (fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün isə təsis sənədləri, qiymətli kağız sertifikatı, özgəninkiləşdirilmə nəticəsində (alqı-satqı, bağışlama) əldə edildiyi halda, həmin müqavilə, vərəsəlik olduğu halda aidiyyəti şəhadətnamə və səhmlərin əldə edilməsi barədə ödəniş sənədinin) 2017-ci il yanvarın 31-dək aşağıdakı qaydada MDM-ə təqdim edilməsi tələb olunur:
1. Şəxsən və ya vəkalətli nümayəndə ilə MDM-ə bilavasitə müraciət etməklə.
2. Sənədlərin elektron imza ilə təsdiqlənmiş surətini abb@mdm. az elektron ünvanına göndərməklə (sənədlərin elektron imzalanması təlimatı ilə www.e-imza.az və www.asanimza.az saytlarında tanış olmaq mümkündür).
Ünvan: Bakı şəhəri, Babək prospekti, 12 A (C bloku, 9-cu mərtəbə) Əlavə suallar üçün MDM-in Müştəri Xidmətləri Departamentinə müraciət etmək olar. (012) 488-08- 40 (daxili 1-32)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl