Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Meksikada güclü zəlzələ - 200-dən çox ölü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meksikada güclü zəlzələ - 200-dən çox ölü

Milenio telekanalının yaydığı məlumata görə, Meksikada zəlzələ nəticəsində ən azı 204 nəfər ölüb.

 

TASS Agentliyi xəbər verir ki, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib. Onun “Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.

 

XXX

 

Meksikanın paytaxtı Mexiko ərazisində güclü zəlzələ qeydə alınıb.


İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 6,8 təşkil edib.


Zəlzələnin episentri Mexikonun şərqinə düşüb. Öz növbəsində bəzi kütləvi informasiya vasitələri maqnitudanın 7,4 olduğunu yazır.

 Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.


Bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puenteyə istinadən RİA "Novosti" məlumat yayıb.


"Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında", - deyə Puentenin "Twitter"də yazdığı məlumatda bildirilir.


Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.

20.09.2017 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ