Koreya məhsullarını dadmaq, çayından,şərablarından içmək fürsəti - BAKIDA SƏRGİ
27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Bakıda Koreya Respublikasının Səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), “Dream Trading” (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaqdır.
“Marja” KOTRA-ya istinadən xəbər verir ki, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcəkdir.
Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.
Tədbirin Proqramı
-Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.
-Koreyanın milli çay mədəniyyətinin nümayişi.
Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:
-İçkilər və Çay: Zəngçiçəyi Armud Şirəsi, İnnab Çayı, Sitron çayı, Omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.
-Spirtli içkilər: Sitron ətirli Socu (Koreyanın milli şərabı), Makgeoli (düyüdən hazırlanmış milli likyor), Liqanqju.
-Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıt, buğda unundan hazırlanmış Koreya Milli Ballı peçenyaları, düyü unundan hazırlanmış Koreya şirniyatları.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl