Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

8 ayda SOCAR-ın bank hesablarına 16 milyard manat daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 ayda SOCAR-ın bank hesablarına 16 milyard manat daxil olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR üzrə cəmi aktivlər və cəmi kapital 01.01.2016-cı il tarixinə müvafiq olaraq 39 milyard 954 milyon manat və 14 milyard 648 milyon manat, 01.01.2017-ci il tarixinə isə 53 milyard 7 milyon manat və 17 milyard 704 milyon manat təşkil edib.

 

Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.


 
Müəllif qeyd edir ki, SOCAR-ın gəlirləri və faiz və amortizasiya xərcindən əvvəlki mənfəəti (EBİTDA) 2015-ci il üzrə müvafiq olaraq 33, milyard 103 milyon manat və 3 milyard 132 milyon manat, 2016-cı il üzrə isə 51 milyon 905 milyon manat və 4 milyard 741 mmilyon manat olub.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) payına düşən mənfəət neftinə və qaza görə vəsait də daxil olmaqla 2016-cı ildə SOCAR-ın müvəkkil banklarda olan hesablarına pul daxilolmaları 17 mlrd. 173,12 mln. manat olub ki, bundan da 1 mlrd. 229,72 mln. manatı xam neft (Hasilatın Pay Bölgüsü Sazişi üzrə dövlətin payına düşən mənfəət nefti nəzərə alınmadan), qaz, neft-qaz və kimya məhsullarının ixracından, 3 mlrd. 4,89 milyon manatı isə daxili bazarda məhsul satışı hesabınadır.

 

2016-cı ildə dövlət büdcəsinə 1 mlrd. 395,46 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna 144,43 mln. manat, Dövlət Neft Fonduna isə layihələrdən dövlətin payına çatan karbohidrogenlərin satışı hesabına 8 mlrd. 454,52 mln. manat ödənilib.


 
2017-ci ilin 8 ayında isə bu göstəricilər 15 mlrd. 602,60 mln. manat olub ki, bundan da 918,45 mln. manatı xam neft (HBPS üzrə dövlətin payına düşən mənfəət nefti nəzərə alınmadan), qaz, neft-qaz və kimya məhsullarının ixracından, 2 mlrd. 442,41 milyon manatı isə daxili bazarda məhsul satışı hesabınadır. Həmçinin sözügedən dövrdə dövlət büdcəsinə 1 mlrd. 48.35 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna 99,83 mln. manat, Dövlət Neft Fonduna isə layihələrdən dövlətin payına çatan karbohidrogenlərin satışı hesabına 7 mlrd. 759,49 mln. manat ödənilib.

 

© APA

20.09.2017 13:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ