Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed faiz qərarını açıqladı - Dollar bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı - Dollar bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!

 

Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.


 
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası bu gün başa çatıb.

 

Gözlənildiyi kimi, iclasda uçot dərəcəsi sabit - 1,00%-1.25% aralğında saxlanılıb. 

 

Fed Oktyabr ayından başlayaraq balansını azaltmaq qərarını verib. Fed 4,5 trilyon dollarlıq balansı azaltmaq planına 10 milyard dollar ilə Oktyabr ayında başlayacaq.

 

İqtisadi risklərin balanslı olduğunu təkrarlayan Fed, inflyasiyanın 2% səviyyəsinə 2019-cu ildə çatacağını proqnozlaşdırır.

 

Fed 2017-ci ildə daha bir dəfə, (Dekabr ayında ehtimal olunur), 2018-ci il üçün isə 3 faiz artırımı nəzərdə tutur.

 

Fed bu il Mart və İyun aylarında 25  bənd olmaqla 2 dəfə faiz artırmışdı.

 

Fed qeyd edib ki, iqtisadi vəziyyət faizi mərhələli artırmağa imkan verir.

 

Fed 2018-ci il üçün baza inflyasiya gözləntisini  2%-dən 1.9%-ə endirib.
 

ABŞ Mərkəz Bankı, 2018-ci il üçün iqtisadi artım gözləntisini 2.1%-də saxlayıb, 2019-cu il üçün isə 1.9%-dən 2%-ə qaldırıb.

 

Qərardan sonra (saat 22:48) Dollar Avro qarşısında 0,9% bahalaşıb və Avro/Dollar məzənnəsi 1.1883-ə düşüb. Faiz qərarından əvvəl məzənnə 1.2010 səviyyəsinədək qalxmışdı.

 

Federal Açıq Bazar Komitəsinin açıqlamasında, "Qasırğalar iqtisadi fəallığa yaxın dövrdə təsir göstərəcək. Ancaq əvvəlki təcrübələrə nəzər saldıqda fırtınaların, iqtisadiyyatın gedişini orta müddətdə təsir göstərməsinin mümkün olmadığı" ifadəsinə yer verilib.


 
Bununla yanaşı, ABŞ iqtisadiyyatına dair, əmək bazarının gücləndiyi və iqtisadi fəallıqda mülayim bir artım olduğu, inflyasiyanın isə bu il azaldığı və 2%-dən aşağı  olduğu qeyd edilib.  


 
Fed rəsmiləri, stabil iqtisadi artım olacağına və aşağı işsizliyin inflyasiyanı hədəfə yaxınlaşdıracağına inanır. 

 

İnflyasiyanın 2%-lik hədəfə yaxınlaşması, faizin artırılmasını və monetar genişlənmədən çıxış ilə baş verəcək mərhələli sərtləşdirmə siyasətini dəstəkləyən xarakterdədir.

20.09.2017 20:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ