Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları artıb

ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 4,6 milyon barel artıb.
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barel (1 faiz) artımla 472,8 milyon barelə çatdığını açıqlayıb.
 

Reklam_3_11


Bazar gözləntisi, ehtiyatların 3,5 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,9 milyon barrel qalxmışdı.


 
Beləliklə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 3 həftə ardıcıl artım qeyd etmişdir.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 1,6 milyon barrel (0,2 faiz) azalaraq 675,4 milyon barrelə enib.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2,1 milyon barel (1 faiz) azalaraq 216,2 milyon barelə enib. Bazar gözləntisi, 2,1 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 8,4 milyon barel azalmışdı.

 
XAM NEFT İSTEHSALI DA ARTIB


 
Bu dövrdə, ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 157 min barel artaraq 9,51 milyon barelə yüksəlib.


 
Ölkənin xam neft idxalı sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 888 min barel artımla 7,37 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 154 min barel artımla 928 min barelə çatıb.
 

Mütəxəssislər, Harvey qasırğasının sonra Texas əyalətindəki neft istehsalçılarının yeni qazma və hasilat fəaliyyətlərinə başladığına işarə edərək, ABŞ-ın xam neft istehsalında artım görüldüyünü bildiriblər.

21.09.2017 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ