Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR əlverişli neft qiymətini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR əlverişli neft qiymətini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vitse-prezident: "SOCAR üçün neftin əlverişli qiyməti 60-65 dollardır, lakin reallıqlarla barışırıq"


 

Reklam_3_11

OPEC və kartelə daxil olmayan ölkələr arasında hasilatın azaldılmasına dair əldə olunmuş razılığa baxmayaraq, xam neftin dünya bazarlarında olan qiyməti hələ də 60 dollar/barrel səviyyəsinə çatmayıb.

 

Bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

 

Müəllif qeyd edir ki, bunun əsas səbəblərindən biri son zamanlarda ABŞ-da şist karbohidrogenlərinin hasilatı üzrə yeni texnologiyaların sürətli inkişafı nəticəsində bu ölkədə şist laylardan alınan xam neftin və təbii qazın böyük həcmlərdə hasilatı və dünya bazarlarına ixracıdır: "Beləliklə, ABŞ yaxın keçmişdə karbohidrogen idxalçısı olan ölkədən artıq ixracatçı ölkəyə çevrilib. Əvvəlki illərdə ABŞ-ın şist neftin hasilatında rentabellik xətti xam neftin qiymətinin 60 dollar/barrel səviyyəsinə uyğun olduğu halda, son zamanda bu ölkədə texnologiyaların inkişafı nəticəsində şist neftin və qazın hasilatında rentabellik xətti qiymətin 45-50 dollar/barrel səviyyəsinədək endirilib. Bunun nəticəsində OPEC və kartelə daxil olmayan neft istehsalçısı ölkələrinin neft hasilatını süni şəkildə azaltmaq səylərinə baxmayaraq, dünya birjalarında neftin qiyməti 45 dollar/barrel səviyyəsindən yuxarı qalxdıqdan sonra ABŞ-ın şist neft və qaz hasilatçıları dərhal fəallaşarsaq dünya bazarlarına xam neftin əlavə həcmlərinin ixracına başlayırlar. Bu isə beynəlxalq bazarda xam neftin tələb/təklif balansına müvafiq təsir göstərir. Beləliklə, neft bahalaşmaq imkanı tapmır. Əlbəttə, xam neftin qiymətlərinə digər amillər də təsirini göstərə bilərlər. Misal üçün, Meksika körfəzində son ayda baş verən Harvi qasırğası bu hövzədə yerləşən ölkələr üçün neft hasilatını və emalını çətinləşdirib. Bunun nəticəsində "Brent" markalı neft 52 dollar/barrel səviyyəsinədək bahalaşıb".

 

Göstərilənləri nəzərə alaraq vitse-prezident qeyd edib ki, xam neftin dünya bazarlarında satış qiymətlərinə dair proqnoz (40-60 dollar/barrel) öz aktuallığını qoruyur. "SOCAR üçün bu gün xam neftin dünya bazarlarında satış qiymətinin 60-65 dollar/barrel və daha yuxarı səviyyəyə çatması əlverişli olardı, lakin dünya bazarlarında neftin qiymətinin formalaşmasında mövcud reallıqlarla hesablaşaraq şirkət öz strategiyasının inkişafında bu amilləri nəzərə alır", - deyə T. Qəhrəmanov bildirib.

 

OPEC-ə üzv olan ölkələr dünya bazarlarında xam neftin gündəlik təklif payının onun istehlakına qarşı 2016-cı ildə təxminən 0,7 mln. barrel həcmində üstələməsi nəticəsində və bu amilin xam neftin satış qiymətlərinin aşağı düşməsinə səbəb olduğunu nəzərə alaraq, həmin ilin dekabr ayının 10-da Vyanada kartel üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 1,8 mln. barrel azaldılması barədə saziş imzalayıblar. 25 may 2017-ci ildə tarixində OPEC Nazirlər Şurasının iclası çərçivəsində kartelə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

 

© APA

21.09.2017 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ