Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2018-in büdcəsini nazirlər bəyəndi - Prezidentə göndərilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-in büdcəsini nazirlər bəyəndi - Prezidentə göndərilir

Azərbaycanın baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.


Nazirlər Kabinetinin mətbuat xidmətindən “Marja”ya verilən məlumata görə, iclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.


Çıxışlarda qeyd olunub ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.

 

Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlülüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib.


Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan “Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması qərara alınıb.

21.09.2017 16:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ