Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanlı milyaderin "Aznar"ı ləğv olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı milyaderin "Aznar"ı ləğv olunur

"Aznar" ləğv olunur
 


Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


 
Şirkətin yaydığı elana gör, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.


 
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq olar hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.
 


Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

 

"Aznar" Göyçayda zavoda və nar bağlarına malikdir.  Şirkət "Grante" nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.

 

© APA

22.09.2017 06:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ