Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Neft qiymətləri 2020-ci ildə kəskin artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft qiymətləri 2020-ci ildə kəskin artacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya bazarında neft qiymətlərinin müəyyən mənada bərpa olmasına baxmayaraq, neft sənayesinə yatırılan investisiyaların həcmində artım müşahidə edilmir. Yeni layihələrə xərclərin artmaması 2020-ci ilə qədər neft qiymətlərində kəskin artıma gətirib çıxaracaq. Bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.


IEA-nın Neft sənayesi və neft bazarları Departamentinin müdiri Neyl Atkinson (Neil Atkinson) açıqlamasında bildirilib ki, hələ ki, neft bazarına investisiyalarda önəmli artım müşahidə edilmir: "Bu, yaxın 5 ildə neft bazarında şərtləri ağırlaşdıra və neft qiymətlərinin sabitliyi üçün risk təşkil edə bilər".


N.Atkinson neft bazarında tələbin artması fonunda neft qiymətlərinin 10 il bundan əvvəl olduğu kimi kəskin arta biləcəyini vurğulayıb: "Tələbin artması və təklifin sabit qalması fonunda əsas neft ehtiyatlarının cəmləndiyi S.Ərəbistanının ehtiyatları azalacaq. Nəticədə, qiymətlər artmağa başlayacaq və OPEC tələbi təmin etmək üçün hasilatı azaltmaqla bağlı anlaşmasını dayandıracaq. İstehlak həcmində artım izafi ehtiyatların tam əriməsinə, bu da öz növbəsində neft qiymətlərində kəskin artıma səbəb olacaq".

 

© Report

22.09.2017 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ