Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

NAZ: İndi 2 aydan bir sifariş alırıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
NAZ: İndi 2 aydan bir sifariş alırıq

Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib.

 

Reklam_3_11

Yeganə minik avtomobilləri istehsalçısı olan Naxçıvan Avtomobil Zavodunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 75% azalıb. Bununla yanaşı, avqust ayında istehsal olmayıb.


Avtomobil zavodunun direktor müavini Polad Sadıxov  bildirib ki, istehsal sifariş əsasında aparılır. Sifarişlər gec verildiyi üçün istehsal prosesində də gecikmələr ola bilər:

 

“Bilirsən, əvvəl sifariş hər ay gəlirdisə, indi 2 aydan bir gəlir. Bura həm dövlət, həm də digər sifarişlər daxildir”.


Direktor müavini ümumilikdə isə satış həcminin azaldığını etiraf edib.

 

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

 

Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 75% azalıb.

 

2017-ci ilin yanvar-iyul aylarında (7 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, Avqustda Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

 

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil edib. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi. Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.

 

Azərbaycanda yük avtomobilləri istehsalı 99% artaraq 4 ədəd,  xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6% artaraq 1 970 ədəd, traktorların istehsalı isə 50,3% artaraq 941 ədəd təşkil edib.

  

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

 

Məhsul növləri

2017-ci ilin yanvar-avqust aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

941

150,3

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

1 970

198,6

339

Yük avtomobilləri, ədəd

4

1,1

2

Minik avtomobilləri, ədəd

30

25,2

131

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

2

0,7

2

 

© Fins.az, Marja

22.09.2017 11:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ