“AAAF Park”ın rəhbərinin həbs xəbəri yalan çıxdı
Bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Mlumata görə, yoxlamanı Vergilər Nazirliyi həyata keçirir.
“AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev açıqlamasında bildirib ki, Tofiq Heydərovun həbs edilməsi yalandır: “
Tofiq Heydərov hazırda Kosovoda tədbirdədir. “AAAF Park”da axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.
XXX
Mətbuatda “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edildiyi bildirilirdi.
Məlumata görə, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb.
"Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.
Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür",- yerli mətbuat yazıb.
Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.
T. Heydərov tez-tez medianın gündəminə gəlirdi. O, daha çox nurçuluqda ittiham olunurdu.
© Ölkə.az, Qafqazinfo.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək