Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazir: Pambıq yığımı zamanı heç bir çətinlik olmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Pambıq yığımı zamanı heç bir çətinlik olmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabr ayının 22-də Salyana səfəri çərçivəsində rayonun Şorsulu kəndində yeni istifadəyə verilən pambıq qəbulu və sort-sınaq məntəqələrində olub.

 

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, nazir Heydər Əsədov pambıq qəbulu məntəqəsində yaradılmış şəraitə baxış keçirib, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə tanış olub.

 

Bildirilib ki, yeni istifadəyə verilən Şorsulu pambıq qəbulu və tədarükü məntəqəsi respublikanın pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir.

 

Sonra nazir Salyan sort-sınaq məntəqəsində pambıq toxumçuluğu üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub.

 

Son illər ölkədə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açan nazir bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, bunun üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirib.

 

Qeyd olunub ki, görülmüş işlərin müsbət nəticəsidir ki, qısa müddətdə respublikada 20 min ton pambıq yığılaraq pambıq qəbulu və tədarükü məntəqələrinə verilib.

22.09.2017 17:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ