Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Xaricdən gətirilməsə, məhsulumuz daha yüksək qiymətə satılar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xaricdən gətirilməsə, məhsulumuz daha yüksək qiymətə satılar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gündür Lənkəran rayonunun sitrus meyvə bağlarında limon yığımına başlanılıb.

 

Bu il rayonun limon bağlarında məhsul boldur. Havalar isti və quraq keçdiyindən meyvələrin həcmcə bir qədər kiçik olması istehsalçıları o qədər də narahat etmir. Limonun digər sitrus meyvələrindən fərqli və üstün cəhətlərdən biri odur ki, meyvəni uzun müddət ağacda saxlamaq və ilin istənilən vaxtı bazara çıxarmaq mümkündür.

 

Yerli limonlara tələbatın çox olduğunu vurğulayan təsərrüfat sahibi Mirəkrəm Miriyev deyir ki, əgər xaricdən limon gətirilməsə, məhsulumuz bazarda daha yüksək qiymətə satılar. Böyük limonları indi yığırıq. Bir aydan sonra kiçik meyvələri yığıb bazara çıxaracağıq.

 

Əsasən Lənkəranda, Bakıda və ətraf rayonlarda bazara çıxarılan məhsulun qiyməti alıcıları qane edir. Limonların qiyməti iri-xırdalığına görə dəyişir. Alıcılara kiçik limonların 3-5 ədədi, iri limonların isə bir ədədi bir manata təklif olunur.

 

© Azərtac

 

23.09.2017 18:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ