Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Satışında problem yaşanmır, elə sahədə satırıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Satışında problem yaşanmır, elə sahədə satırıq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazax rayonunun Çaylı kəndində torpaq sahibləri baş və gül kələm növlərini əkib-becərirlər. Hazırda rayonda kələm yığımı davam edir.

 

Fermer Novruz Qocayev ilə söhbətində deyib: “Bir hektar sahədə baş kələm əkmişəm. Sahələrə aqrotexniki qaydada qulluq olunub. Hektardan 35-40 ton məhsul gözləyirəm. Yığım oktyabrın axırınadək davam edəcək. Heç bir gübrədən də istifadə etməmişəm. Gələn il əkin sahəsini 5 hektara çatdıracam. Məhsulun satışında da problem yaşanmır, elə sahədə satırıq.”

 

Digər kənd təsərrüfatı məhsullarına nisbətən baş kələmi yığmaq elə də çətin deyil. Bu bitkinin becərilməsində əsas şərtlərdən biri su ilə təminatdır. Fermerlər kələm sahəsini 12-13 dəfə suvardıqlarını deyirlər.

 

Kələmin ən çox istifadə olunan növlərindən biri də gül kələmdir. Çaylı kəndində gül kələminin yığımına başlanmadığı üçün sahələrdə ziyanvericilərə qarşı mübarizə və suvarma işləri görülür. Təxminən 15-20 günə gül kələminin də yığımına başlanacaq.

 

Fermer Arif Adıgözəlov bildirib ki, 1,5 hektar ərazidə gül kələmi əkib. Üç ildir gül kələmi əkən fermer deyir ki, bir hektar sahədən 15-20 ton məhsul götürmək mümkündür. Sahibkar gələcəkdə əkin sahələrini 3 hektara çatdırmağı planlaşdırır.

 

Gül kələmi məişətdə əsasən salatlarda və bəzi xörəklərdə istifadə olunur. Qeyd edək ki, Qazax rayonunda ötən il 435 hektar ərazidə kələm də daxil olmaqla, tərəvəz əkilib və 10 min 446 ton məhsul tədarük edilib. Bu il tərəvəz əkini bir qədər də artırılaraq 438,3 hektara çatdırılıb.

 

© Azərtac

23.09.2017 19:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ