Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Su məsələsini həll edə bilmirik, məhsuldarlıq təbiətdən asılı olur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Su məsələsini həll edə bilmirik, məhsuldarlıq təbiətdən asılı olur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əhalinin həm ərzaqla, həm də işlə təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu gün Azərbaycan üçün ən mühüm məqsədlərdən biri də məhz budur: kənd təsərrüfatını sürətlə inkişaf etdirərək əhalinin ərzaq məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəməklə yanaşı, məşğulluğunu təmin etməkdir. Dövlətin bu sahədə həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verməkdədir.


İndi elə bir bölgə tapmaq olmaz ki, orada kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində iş aparılmasın. Regionlarda vaxtilə ənənəvi olan, lakin sonralar unudulan bəzi kənd təsərrüfatı sahələrinin yenidən dircəldilməsi istiqamətində böyük işlər həyata keçirilir.


Son illər kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən gədəbəylilər də aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olurlar. Xüsusilə kartof istehsalı sahəsində qazanılan uğurlar ildən-ilə təzələnir.


Kartof hər bir ailənin mətbəxində əvəzsiz qidadır. Odur ki, süfrələri ikinci çörək adlandırdığımız kartofsuz təsəvvür etmək çətindir. Statistikaya görə, bu əvəzsiz qida məhsuluna ildən-ilə tələbat artır. Bütün bunları nəzərə alan rayon sakinləri bu il də kartofa olan daxili tələbatı ödəmək üçün əllərindən gələni əsirgəmirlər.

 

Keçən il rayonda 12202 hektar sahədə kartof əkən fermerlər 142 min 763 ton məhsul əldə etmişdilər. Qazanılan uğurdan ruhlanan torpaq sahibləri bu il əkin sahələrini xeyli genişləndirərək 12300 hektara çatdırmışlar. Lakin yayın quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərmişdir. Buna baxmayaraq fermerlər nikbindirlər. Onlar builki məhsuldarlığın heç də keçən ilkindən az olmayacağını proqnozlaşdırırlar. Hazırda respublikanın əsas kartofçuluq bazası hesab edilən Gədəbəydə kütləvi yığıma başlanılmışdır. İlkin göstəricilər qanedicidir.
 
 
Rayonda ən çox kartof istehsalçısı Gədəbəy kənd təsərrüfatı istehsalat müəssisəsidir. Bu təsərrüfat sovetlər dönəmində sovxoz kimi fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin nəzdində toxumçuluq təsərrüfatına çevrilib.
 
 
Təsərrüfatın direktoru Zakir Qasımov söhbət zamanı bir çox mətləblərə aydınlıq gətirdi. Dedi ki, gördüyünüz bu sahələri cana gətirmək üçün çox əziyyət çəkdik. 200 hektar torpaq sahəsi olan təsərrüfatda ilk olaraq 3 hektarda kartof, 20 hektarda taxıl əkdik. Texnikanın olmaması məhsul yığımında çətinliklər yaratdı. Nazirlik qarşısında məsələ qaldırıb 2 ədəd “Belarus” traktoru, dərmansəpən, gübrəsəpən, presbağlayan aqreqatlar aldıq. Sonra Rusiyadan və Belarusdan yüksək kondisiyalı toxum gətirdik. Təsərrüfatın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 2 kilometrdən çox su xətti çəkdik. İndi çəkdiyimiz əziyyətin bəhrəsini görürük. Cari ilin məhsulu üçün 25 hektarda yazlıq arpa, 50 hektarda isə buğda əkdik. Buğda sahələrinin hər hektarından 21,2 sentner məhsul götürdük.
 
Hazırda təsərrüfatın kartof sahələrində kütləvi yığım kampaniyası gedir. Öyrəndik ki, məhsuldarlıq yüksəkdir. Hələlik hər hektardan 18-20 sentner kartof çıxarılır. Yığımda ətraf kəndlərdən olan insanlar da çalışırlar. Onların hər birinə gündəlik əməkhaqqı verilir. Təsərrüfatda yığılmış məhsulun saxlanması üçün də lazımi şərait yaradılıb.
 
Söhbət zamanı direktor onu da əlavə etdi ki, Gədəbəy dağlıq ərazidə yerləşdiyindən burada bütün məhsullar, xüsusilə kartof dəmyə şəraitində yetişdirilir. Bu da o deməkdir ki, məhsuldarlıq təbiətdən asılı olur. Biz bu asılılığı aradan qaldırmaq üçün əkin sahələrinə yeni su xətləri çəkmək istəyirik. Lakin vəsait olmadığından bu işi təşkil edə bilmirik. Əgər su məsələsini həll edə bilsək, respublikamızın fermer təsərrüfatlarını yüksək keyfiyyətli taxıl və kartof toxumu ilə təmin edə bilərik.
 
© "Azərbaycan"
 
24.09.2017 06:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ