Bölgə tikan üstündədir - Bu gün kürdlər "müstəqillik" referendumu keçirəcəklər
Bu gün İraq Kürd bölgəsində "müstəqillik" referendumu keçiriləcək
Şimali İraqda kürdlər bu gün müstəqillik referendumu keçirəcəklər. Bölgə tikan üstündədir.
"Marja" xəbər verir ki, İraq hökuməti, referendumdan imtina etməyən Bərzanidən bütün sərhəd qapıları və hava limanlarının onlara təslim edilməsini istəyib. İran hava məkanını bağlayıb.
Şimali İraqda bu gün təxminən 5 milyon 200 min seçici "müstəqil Kürdüstan referendumu" üçün səs verəcəklər.
Başda Türkiyə, İran və ABŞ olmaqla beynəlxalq ictimaiyyətin böyük qisminin etirazına baxmayaraq, İraq Kürd Regional Rəhbərliyi (Kürdüstan müxtar vilayəti) dünən yekun olaraq son qərarını verib. Həftələrdir referendumun ləğvi və təxirə salınması üçün təkliflər gətirən nümayəndə heyətlərinə mənfi cavab verən IKBY sədri Məsud Bərzani dünən son olaraq BMT-nin İraq Nümayəndəsi Yan Kubiş ilə görüşdükdən sonra, "referendumdan geri dönüş olmayacağını" açıqlayıb.
TƏHDİD KİMİ SÖZLƏR
Bərzani, "Bu saatdan sonra Bağdad ilə keçirəcəyimiz görüşlər, daha çox necə yaxşı qonşu qala bilmək üçün olacaq" ifadəsini istifadə edib. "Sərhədlərin bağlanması halında Ərbilin nə edəcəyi" sualına Bərzani, "Bağlanmaması arzusundayıq. Bunu görmək istəmirik, çünki kimsənin xeyrinə olmayacaq" deyib. Bərzani, "Bağdadın danışıqları rədd etməsi vəziyyətində necə davranacağı" sualına da "Bir müddət gözləyəcəyik. Uşaq kimi davranmayacağıq. Nə edəcəyimizi bilirik. "Köhnə vəziyyətə qayıdaq" deyilməsi halında bizim edəcəyimiz başqa şeylər olacaq" cavabını verib.
BAĞDADTAN SƏRT QƏRARLAR
Digər tərəfdən, İraq hökuməti, İraq Kürd Regional Rəhbərliyinin keçirmək istədiyi referendumun birtərəfli addım olduğunu bildirərək, bütün sərhəd qapılarının və hava limanlarının onlara təslim edilməsini istədi.
İraq Milli Təhlükəsizlik Kabineti, Baş Nazir Heydər əl-İbadi rəhbərliyi ilə toplaşıb. Görüşdən sonra edilən açıqlamada, "Referendum birtərəfli addımdır və hadisələri böhrana çevrilir. İraq hökuməti, Kürdüstan muxtar vilayətindən bütün sərhəd qapıları və hava limanlarını Bağdada təslim etməsini, qonşu ölkələrdən də neft və sərhəd məsələsində yalnız Bağdad ilə əlaqə qurmasını tələb edir" deyilib. İraq mərkəzi hökumətinin, muxtar vilayətə və oradakı rəsmilərin neft gəlirlərinin yer aldığı bank hesablarına dair müvafiq orqanların verəcəyi bütün qərarları dəstəkləyəcəyi qeyd edilən açıqlamada, bu ifadələrə yer verilib: "Mərkəzi idarəetmə, referendum məsələsində heç vaxt dialoq və müzakirə etməyəcək, çünki nəticələri konstitusiya uyğun deyil".
İRAN HAVA MƏKANINI BAĞLADI
Referenduma qarşı olan İran da Ərbil rəhbərliyinə sanksiya tətbiq edib. Tehran, Ərbil və Süleymaniyəyə olan təyyarə reyslərini dayandırıb və Kürd rayonundan havaya qalxan təyyarələrə hava məkanını bağlayıb. Bu qərarların "İraq hökumətinin xahişi ilə" verildiyi bildirilib. İranın Kürdüstanın sərhədlərinə yaxın ərazidə təlimlərə başladığı da açıqlanıb.
İranın dağlıq əraziləri artilleriya atəşinə tutduğu və sərhəddəki 8 kəndə top güllələri düşdüyü bildirilib. Türkiyə Hava Yolları da Ərbil reyslərini dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 d. əvvəl
-
19 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl