"Referendum Türkiyə üçün yox hökmündədir"
Türkiyənin Xarici işlər Nazirliyi, Şimali İraqdakı referendum ilə bağlı bəyanat verib və referendum nəticələrinin Türkiyə üçün yox hökmündə olduğunu bildirib
"Marja" xəbər verir ki, bəyanatda bu ifadələr işlədilib:
Şimali Kürd muxtar vilayətində bu gün (25 Sentyabr) keçirilən referendum nəticələri baxımından yox hökmündədir. İstər beynəlxalq hüquq, istərsə İraq konstitusiyası baxımından hər cür hüquqi əsasdan və legitimlikdən məhrum olan bu təşəbbüsü tanımırıq.
Türkiyənin və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq referenduma getməkdə israr edən və yalnız İraqın deyil, bütün bölgənin sülh və sabitliyi təhlükəyə atan Şimali Kürd Rəhbərliyinin bu ağıldan uzaq təşəbbüsünü təəssüflə qarşılayırıq.
Türkiyə, Kürd muxtariyətinin referendum məsələsində nümayiş etdirdiyi dəhşətli səhvinin bədəli olacağını hər zaman vurğulamış, bu çərçivədə, 22 Sentyabr 2017 tarixində keçirilən Milli Təhlükəsizlik Şurasının iclası və dərhal ardından həyata keçirilən Nazirlər Kabinetinin toplantısında Şimali Kürdüstana qarşı tətbiq olunacaq sanksiyaları müəyyən etmişdir.
Bütün beynəlxalq cəmiyyət və xüsusilə regional ölkələrin referendum məsələsində ortaya qoyduqları ardıcıl mövqeyi bundan sonra da davam etməsi və bu qatı təşəbbüsün nəticələrini tanımaqdan qaçması əhəmiyyət daşıyır.
Şimali Kürd muxtar vilayətinin liderliyinin bundan sonrakı prosesdə ağıllı bir xəttə qayıtması və qısa dövrlü siyasi maraqlar və utopik əməllər ardınca qaçmaq əvəzinə bütün İraq xalqının uzunmüddətli əmin-amanlıq və rifahını güdən bir siyasət mənimsəməsi əsas bir zərurətdir.
Referendum keçirilən dövrdə ortaya çıxacaq şəraiti istismar etmək istəyəcək bəzi radikal ünsürlərin və terrorçuların milli təhlükəsizliyimizi hədəf alan aksiyalara başlaması halında və İraq daxilində milli təhlükəsizliyimizə yönələn hər cür təhdid qarşısında beynəlxalq hüquqdan və Böyük Millət Məclisinin verdiyi səlahiyyətdən irəli gələn bütün tədbirləri görəcəyimizi bir daha vurğulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl