Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır - BİRGƏ MÜƏSSİSƏ
"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.
Bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.
Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması "Gürcüstan Dəmir Yolları"nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. "Bunu nəzərə alaraq biz "Gürcüstan Dəmir Yolları"nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik", - deyə məlumatda vurğulanıb.
Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.
Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 mln. dollarlıq kredit ayırıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl