İdxal konservlərdə ət az, sous çox!
"Devalvasiyalar nəticəsində xarici valyutaların bahalaşması yerli istehsalçıların xeyirinədir. Avro bahalaşdığından avropalı istehsalçılar konservlərin maya dəyərini aşağı salmağın yollarını axtarırlar. Onlar çıxış yolunu konservanın tərkibindəki balıq ətini azaltmaqda tapıblar".
Bunu "Marja"ya Azərbaycanda balıq konservləri istehsalçısı “Azproduct” MMC-nin direktoru Şamxal Məmmədov bildirib.
“Biz öz laboratoriyamızda bazarda satılan balıq konservi məhsullarının analizini aparmışıq. Müəyyən etdik ki, Azərbaycan bazarına xaricdən idxal edilən əksər konserv məhsullarının tərkibində balıq ətinin payı təxminən 50%-dir. Əksər standartlara əsasən, balıq konservi məhsulunun tərkibində ət 75-80%, sous 20-25% olmalıdır. İdxal olunan balıq konservlərinin əksəriyyətində bu, 50/50 və ya 55/45 nisbətindədir. Ölkəmizə konserv məhsullarının xeyli hissəsi də Baltikyanı ölkələrdən idxal olunur və Avro ilə alınır. Avro isə bahalaşdığından Azərbaycan bazarında məhsulun Manat ilə ifadədə qiyməti qalxır. Avropalı istehsalçılar Azərbaycan kimi xarici bazarlarda qalmaq üçün, konservin tərkibndə ət nisbətini azaldaraq valyutanın bahalaşmasının yaradığı çətinliyi konpensasiya edirlər",- o deyib.
Sahibkar qeyd etdi ki, buna qanunsuz hərəkət də demək olmaz:
"Belə ki, istehsalçılar bu barədə konserv məhsulunun etiketində məlumat verirlər. Amma yazı o qədər kiçik hərflər ilə yazılır ki, həmin məlumat insanların gözünə görünmür. Həmçinin Azərbaycan alıcılarının əksəriyəti bu nisbət barədə məlumatlı deyillər və buna fikir vermirlər. Bizim məhsullarımız idxal konservlərindən ucuz olmaqla bərabər, tərkibinin təxminən 80%-i balıq əti, 20%-i sous olacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 17 saat əvvəl