Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azpromo kapital bazarının Proqramına qoşuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azpromo kapital bazarının Proqramına qoşuldu

Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - “Azpromo” qoşulmuşdur.

 

Bununla əlaqədar olaraq, 25 Sentyabr 2017-ci il tarixində BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov və Azpromo şirkətinin prezidenti Rüfət Məmmədov tərəfindən “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmış və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilmişdir.

 

Əməkdaşlıq haqqında Sazişə əsasən LMP-na qoşulmuş şirkətlərin AZPROMO-nun müvafiq kataloqlarına daxil edilməsi, eyni zamanda mövcud şirkətlərin Bakı Fond Birjası ilə əlaqələndirilməsi, xarici investor bazarına çıxışın təmin edilməsi, eləcədə xarici investorların ölkənin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi istiqamətində potensial investorların müəyyən edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, BFB vasitəsilə kapital bazarlarına xarici investorların cəlb edilməsi həyata keçiriləcəkdir.

 

İmzalama mərasimində BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov Azpromo ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və bu sahədə qarşılıqlı səylərin birləşdirilməsinin yerli bazara müsbət təsir göstərəcəyinə inandığını bildirdi.

 

Azpromo şirkətinin prezidenti Rüfət Məmmədov ölkəmizə xarici investorların cəlb edilməsi, o cümlədən yerli ixracla məşğul olan şirkətlərin istehsal potensialın artırılması istiqamətində investisiyaların cəlb edilməsi üçün zəruri olan bilik və bacarıqların artırılmasına dəstək göstərilməsi istiqamətində görülən işlərin genişləndirilməsində BFB ilə əməkdaşlıq əlaqələrin qurulmasının qarşıya qoyulmuş hədəflərə nail olmaqda uğurlu olacağını qeyd etdi.

 

LMP layihəsinin Azpromo da daxil olmaqla hazırda 14 tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC, RSM Azərbaycan və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons, Baker&McKenzie və LAN Law Chambers hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan Paşa Kapital MMC, İnvest-AZ MMC, AzFinance İnvest MMC və Unicapital ASC.

 

 Listinq Məsləhət Proqramı sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.

25.09.2017 16:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ