Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neftin qiyməti "Türkiyənin xəbərdarlığı ilə" 60 dollara yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti "Türkiyənin xəbərdarlığı ilə" 60 dollara yaxınlaşır

Brent nefti, Türkiyənin Şimali İraqdan neft nəqlini dayandıra biləcəyi xəbərdarlığının ardından iki ilin ən yüksək səviyyəsinə qalxıb.

 

"Marja" xəbər verir ki, dünən və bu gün birlikdə neft 4,5%-ə yaxın bahalaşıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraqın şimalında kürdlərin keçirdiyi müstəqillik referendumu səbəbindən verdiyi açıqlamada, Türkiyənin İraqın Kürd bölgəsindən ərazisindən neft ixracatını dayandıra biləcəyini qeyd edib.  

 

Siyasi statusu mübahisəli olan neftlə zəngin Kərkük başda olmaqla, fərqli etnik qrupların yaşadığı bölgədə yeni münaqişənin baş verəcəyi xofu mövcuddur.

 

Digər tərəfdəb, BP Plc-nin yüksək vəzifəli bir rəhbərinə görə, OPEC və tərəfdaşları, bazarın yenidən tarazlığa qovuşa bilməsi üçün, hasilatın azaldılmasını Mart ayından sonrakı dövrə də uzatmalıdır.

 

Bu ay neft qiymətləri, xam neft tələbinin artmaqda olduğuna dair təxminlər və Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) hasilat məhdudiyyətlərini davam etməsi ilə 10%-dən çox bahalaşıb. 

 

Ətrafı quru ərazilər olan İraqın Kürd bölgəsi, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatan neft boru xəttilə gündəlik 700,000 barelə qədər neft ixrac edə bilir.

 

Analitiklər bildirirlər ki, geo-siyasi problemlər davam etmə meyli göstərər və bu vəziyyət qiymətlərin daha uzun bir müddət yüksək qalmasına səbəb ola bilər.

 

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent nefti, Londonda ICE Futures Europe birjasında 59.41 dollardan,  WTI, Nymex bazarında isə 52.23 dollardan alıcı tapıb. 

26.09.2017 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ