Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

PAŞA Bank növbəti bir ilkə imza atdı - 25 milyon dollar

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank növbəti bir ilkə imza atdı - 25 milyon dollar

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın törəmə təşkilatı olan "PASHA Yatırım Bankası" Azərbaycan qiymətli kağızlar bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirmişdir.  Bu barədə "Marja"ya PAŞA Bankdan bildirilib.

 

Reklam_3_11

Bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb edir.

 

İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq PAŞA Kapital İnvestisiya Şirkəti çıxış etmişdir

 

İstiqrazlarının yerləşdirilməsini şərh edən PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov qeyd edir ki, bu emissiya ilə Bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atır.

 

“Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri PAŞA Bank tərəfindən ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş PASHA Yatırım Bankasının istiqrazlarının Azərbaycan bazarında yerləşdirilməsi uğurla başa çatdırılıb. Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamanda müştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”, - T.Kazımov fikrini yekunlaşdırdı.

 

Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:

 

Ümumi həcm: 25 000 000 USD
Tədavül müddəti: 5 il 3 ay
Kupon faizi: 4.85%
Kupon  ödənişi: Hər kvartaldan bir

26.09.2017 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ