Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sabah qəbul imtahanları ilə bağlı mühüm qərar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah qəbul imtahanları ilə bağlı mühüm qərar veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq.


 
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək.


 
Onun sözlərinə görə, ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq: “Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. Qəbul imtahanlarında fənlərin sayı isə Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

 

700 BALLIQ SİSTEM SAXLANACAQ

 

Ali məktəblərə qəbul zamanı 700 ballıq sistem saxlanılacaq.


 
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq. 


 
M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz: “Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”. 
 

© APA

28.09.2017 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ