Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

1200 manat xərcləyib, 2400-3000 manat qazanırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
1200 manat xərcləyib, 2400-3000 manat qazanırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oğuzlu fermer hər kəsə gəlirli bitki olan qarğıdalı  əkməyi tövsiyə edir


 

Qarğıdalı əkib-becərmək aqrar sektorun gəlir gətirən sahələrindəndir. Ərzaq təhlükəsizliyinin seqmentləri arasında xüsusi yeri ilə seçilən bu bitki növünün əkin sahələri respublikamızda son illər davamlı olaraq artırılmaqdadır. Oğuz rayonunda keçən il  258 hektar sahədə qarğıdalı əkini aparıldığı halda, 2017-ci ildə bu həcm 346 hektara çatdırılıb.

 

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Yusubov məlumat verdi ki, qarğıdalı əkini əsasən rayonun  Oğuz  şəhər, Padar,  Sincan, Xaçmaz, Kərimli, Muxas inzibati ərazisində  aparılıb.

 

Ümumilikdə Oğuzda qarğıdalı sahələrinin genişləndirilməsi üçün potensialın olmasını vurğulayan müsahibimiz başlıca problemin su ilə bağlılığını nəzərə çatdırdı. Qarğıdalı suya tələbkar bitki olduğundan fermerlər onun yetişdirilməsində  böyük  əziyyət  çəkirlər. Vegetasiya  müddətinin çox -  90-120 gün olması da sıxıntıları artırır.

 

Qarğıdalı təkrar əkin imkanı olan bitkilərdəndir. Lakin suvarmada yaşanan problemlər fermerlərin  təkrar əkinlərə diqqət ayırmalarını əngəlləyir. Hesab olunur ki, suvarmada problemlərin aradan qaldırılması qarğıdalı əkininin daha da genişləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. Çiləmə üsulu ilə suvarmanın aparılması daha effektli sayılır. Beləliklə də, həm məhsul daha bol olar, həm də bu sahəyə meyil göstərənlərin sayı artar.

 

Qeyd olunan çatışmazlıqlara baxmayaraq, fermerləri müvafiq sahəyə meyillənməyə stimul verən rıçaqlar da mövcuddur. Belə ki, müvəkkil banklardan əsas etibarilə “Aqrarkredit”  SKT-nin  Şəki filialı qarğıdalının 1 hektar  əkini üçün  1200-1700 AZN məbləğində  kredit müəyyənləşdirib. Artıq 2 ildir  fermerlər həmin imkandan istifadə edirlər. Bu amillər əvvəlki illərlə müqayisədə əkin sahələrinin artırılmasına da təkan verib. 

 

Oğuz rayonunun Bucaq kəndinin sakini, qarğıdalı əkini ilə məşğul olan fermer Rəftar Əhmədli ilə sahədə görüşürük. İlk baxışdan buradakı səliqə-sahman, bitkinin inkişafı, məhsuldarlıq aqrotexniki qaydalara düzgün əməl olunmasından xəbər verir.

 

Fermerin dediyinə görə, iki ildir ki, qarğıdalı əkinçiliyi üzrə fəaliyyət göstərir. Keçən il 120, bu il isə 90 hektar sahədə əkin aparıb. Ötən il məhsuldarlıq 88 sentner olub. Bu il isə daha çox - hektarın məhsuldarlığının 90-100 sentnerə çatdırılması proqnozlaşdırılır.

 

Hələlik məhsul yaş olduğu üçün biçinə hazırlıq və əkin altında olan ərazinin mühafizəsi tədbirləri görülməkdədir.

 

Həmin ərazilər üzrə ümumilikdə əkin aparılan kəndlərin sakinlərindən ibarət olmaqla 17 nəfər işlə təmin olunub. İşçilərin say tərkibi ərazinin sahəsinə uyğun müəyyən edilir.

 

Respublikamızda yeganə olan Qlükoza zavodunun məhz Oğuz rayonunda fəaliyyət göstərməsi fermeri bu sahəyə cəlb edib. Bu da məhsul üçün konkret satış bazarını müəyyənləşdirir. Fermer zavodun qurutmaxanasından da istifadə edir.

 

Məhsul təhvil verildikdən sonrakı 3 gün müddətində ödəniş təmin olunur. Bir ton qarğıdalının qiyməti 300 manatdır. Toxum, becərilmə və son məhsul həddinə düşmə dövrü üçün çəkilən xərcin təxminən 1200 manat, hektarın məhsuldarlığının isə orta hesabla 8-10 ton olması nəzərə alınsa mənzərə aydınlaşar.

 

Təsərrüfatda əsasən yüksək reproduksiyalı “Pioneer” sortlu toxumdan istifadə edilir. Toxumun alınıb gətirilməsini isə zavod təşkil edir. Hektara 600 kiloqram gübrə verilir. Əsas çətinlik isə sahənin ev və çöl heyvanlarından mühafizə edilməsi və suvarılmasıdır.

 

Özünün kultivatoru və toxumsəpən aqreqatı olduğunu deyən fermer traktoru başqasından icarəyə götürdüyünü bildirir.

 

Rəftar ixtisasca hüquqşünas olsa da, kənddə doğulub böyüməsi təsərrüfat  işlərində ona müsbət təsir edib. Əlavə olaraq yeni sortlarla bağlı Türkiyədən gələn mütəxəssislərin təşkil etdikləri kurslarda da iştirak edib.

 

R.Əhmədli fermerlərə imkan daxilində qarğıdlı əkməyi tövsiyə edir. Bildirir ki, qarğıdalı çox məhsuldar bitkidir. Bu sahədə çalışanlar peşman olmur. Gəlir imkanları da genişdir. Həm dəni, həm də silosu yaxşı qiymətə gedir. Təxminən ilin 5-6 ayını əziyyət çəksən də, qalan vaxtı rahat və maddi cəhətdən təminatlı şəkildə firavan  yaşamağın mümkündür.

 

© Azərbaycan

29.09.2017 05:57

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ