Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan qonşusunda 60 milyon dollar sərmayə yatıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan qonşusunda 60 milyon dollar sərmayə yatıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycan Rusiyanın Stavropol diyarında istixana və sanatoriyaların inşasına 60 mln. dollardan çox sərmayə yatırmaq niyyətindədir. 


Rusiya mətbuatı xəbər verir ki, bu barədə ötən gün Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda məlumat verilib.


Məlumata görə, tədbirdə Azərbaycanla sözügedən diyar arasında 4 sənəd imzalanıb. Sənədlərdən biri Stavrolpolda bitkiçilik məhsullarının istehsalı üzrə istixana kompeksinin inşasını nəzərdə tutur. 2 sənəd isə Jeleznovodskda 400 nəfərlik otelin və Kislovodkda sanatoriyanın tikintisi ilə bağlıdır. 4-cü razılaşma isə Azərbaycan-Rusiya işgüzar şurası ilə Stavropolun ticarət-sənaye palatası arasında əməkdaşlığn əhatə edir. 
Tədbirdə qeyd edilib ki, Azərbaycanla Stavropol arasında illik ticarət dövriyyəsinin həcmi təxminən 130 mln. dollar təşkil edir. Stavropolun qubernatoru Vladimir Vladimirov bildirib ki, bu göstəricini artırmaq olar: "Məsələn, Stavropol taxılının Azərbaycana tədarükünü ildə 3-4 mln. tona çatdırmaq olar. Biz həmçinin Azərbaycandan turist axınını da artırmaq istəyirik. Hazırda Azərbaycandan diyarı ildə 100 minədək insan səfər edir".


Tədbir çərçivəsində iki ölkənin biznes və hökumət nümayəndələri arasında görüşlər və dəyirmi masalar keçirilib. İştirakçılar sənaye, kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşməsini müzakirə ediblər.


Forum işini bu gün də davam etdirəcək.


Qeyd edək ki, Rusiya-Azərbaycan Regionlararası Forumu 2010-cu ildən təşkil olunur. 2016-cı ildə Forum Bakıda keçirilib.

 

© Report

29.09.2017 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ