"Akkord" bu işə də başladı - “Accopen”
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın “Accopen” MMC plastik qapı və pəncərə istehsalı zavodu fəaliyyətə başlayıb.
Zavodun təməli 2015-ci ildə qoyulub.
İllik istehsal gücü 2500 ton PVC profil olan müəssisənin fəaliyyəti nəticəsində müxtəlif fasad elementlərinə olan tələbatın qismən yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur.
Zavodun istehsal etdiyi məhsulların gələcəkdə ixracı da planlaşdırılır.
Bütün sanitar-gigiyena normalar nəzərə alınaraq yaradılan zavodun tullantılarının ətrafa və təbiətə zərər verməməsi üçün lazımi tədbirlər görülüb. Zavod Türkiyənin “Yelkenciler” şirkətinin müasir standartlara cavab verən avadanlıqları ilə təchiz olunub. Bununla belə, bu avadanlıqların daim modernləşdirilməsi nəzərdə tutulur. Müasir texnologiyaların tətbiqi zavodda yüksək keyfiyyətli və daha ucuz məhsul istehsalına imkan verəcək. Zavodun investisiya dəyəri 3,9 mln. manatdır.
Müəssisədə 56 nəfər daimi işlə təmin olunacaq. Burada işçilər üçün hər cür şərait yaradılıb. Belə ki, zavodda tibb məntəqəsi və digər sosial obyektlər, eləcə də işçiləri pulsuz yeməklə təmin edəcək müasir tələblərə cavab verən yeməkxana fəaliyyət göstərir.
Qeyd edək ki, 10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na sənayenin müxtəlif sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt, kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39 müəssisəni əhatə edən 15 şirkət daxildir.
Korporasiyada 3700-dən çox işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl