Azərbaycanın İT şirkəti Qazaxıstanda tenderin qalibi oldu
Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” Dünya bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin elan etdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderinin qalibi olub. “Marja” xəbər verir ki, bununla bağlı dekabrın 6-sında, Qazaxıstanın Astana şəhərində müqavilə imzalanıb.
Tenderdə Rusiyanın “BARS Group” şirkətinin də iştirak etdiyi konsorsiumun rəhbəri “Cybernet” şirkəti ilə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.
Sistem tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.
Şirkətin rəhbəri İlham Namazov tenderin qazanılmasını həm şirkət üçün, həm də Azərbaycan İT sektoru üçün önəmli addım hesab edir. İ. Namazov bununla bağlı bildirib: “Cybernet şirkəti bu günə kimi bir neçə xarici ölkə üçün məhsullar hazırlayıb, amma bu məqamda şirkətimizin beynəlxalq tenderi udması əhəmiyyətli hadisədir. Neft qiymətlərinin düşməsi, dünya iqtisadiyyatı ilə yanaşı ölkəmizdə də iqtisadi çətinliklərin olması fonunda bu uğur xüsusi məna daşıyır. Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intelektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaqdır.”
Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcəkdir.
Xatırladaq ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri təklif etməkdədir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlnamasında, o cümlədən Azərbaycanda Elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl