Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərsu" iki faizsiz kredit alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsu" iki faizsiz kredit alıb

2016-cı ilin noyabr ayının 29-da "Azərsu" ASC Maliyyə Nazirliyindən 17 mln. 382 min dollar (30,778 mln. manat) və 11 mln. 943 min manat məbləğlərində iki faizsiz kredit alıb.

 

Reklam_3_11

Bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında qeyd edilib.


 
Sənəddə vurğulanıb ki, kreditlərin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2024-cü ildən başlayaraq 2027-ci ilin dekabr ayında başa çatacaq.
 


Bundan başqa, ötən il iyulun 15-də qurum Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 239 mln. 720 min manat məbləğində dövlət zəmanəti əsasında kredit razılaşmasını imzalayıb. Ötən il dekabrın 31-də "Azərsu" ASC cari infrastruktur layihələrinin maliyyələşməsi üçün bu kreditin tam məbləğində vəsait yönəldib. Kredit razılaşması əsasında faiz dərəcəsi illik  1% təşkil edib.

 

© APA

03.10.2017 15:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ