Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı

 

Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı olan Səba şirkəti istehlakçılarına bilavasitə xidmət göstərmək üçün öz mağazaları şəbəkəsini genişləndirir. Təkcə 
sentyabrda ölkənin müxtəlif bölgələrində 5 Səba ət-süd dükanı açılıb.

 

“Biz Səba dükanları şəbəkəsini eyni templə genişləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bizə ölkənin hər yerindən Səba istehlakçıları mağazalarımızı onların da ərazilərində açmağımız barədə müraciət
edirlər. Səba mağazaları təkcə istehlakçıların evlərinə yaxın sevimli brend mağazası demək deyil. Bizim mağaza həm də davamlı iş yeridir. Biz satıcıları işə götürmək üçün onlara peşəkar təlimlər keçirik,
müştəri məmnuniyyəti üçün tələb olunan keyfiyyətləri aşılayırıq” – Səba-dan bildiriblər.

 

Təzə-təzə və hər evə yaxın

 

Kiçik məhlə dükanları prinsipi ilə əhaliyə ən yaxın ərazilərdə açılan Səba dükanlarının missiyası Səba ət və süd məhsullarının istehlakçılara təzə-təzə - müəssisədən çıxan məhsulun soyuma həddi keçmədən çatdırılmasını təmin etməkdir. Səba-nın başqa heç bir marketə vermətiyi təzə toyuq tikələri və içalatı, çəki ilə xama, kəsmik,
süzmə, qaymaq kimi süd məhsulları bu dükanlarda təklif edilir. Səbəb isə çox sadədir – hər kəs öz ailəsinə lazım olan çəkidə Səba məhsulunu gündəlik, təzə-təzə və uzağa getmədən ala bilsin.

 

Səba dükanlarını özəl edən səbəblərdən biri də brendin yüksək keyfiyyətə malik kolbasa və sosis məmulatlarının yalnız burada satılmasıdır.


Dad və keyfiyət üçün ən müasir texnologiya - hava ilə soyutma sistemi

 

Hava ilə soyutma sistemi Səba quşçuluq müəssisəsində tədbiq olunan ən müasir texnologiyalardandır. Əl dəymədən yolunub təmizlənmiş, içi çıxarılmış quşlar başı aşağı vəziyyətdə 39°C temperaturdan 0°C
temperatura qədər soyuyanadək hava axını altında fırlanır. 2015-ci ildən hava ilə soyutma texnologiyasını tətbiq etməklə, Səba quş ətinin tərkibində su qalma ehtimalını sıfıra endirib. Bu texnologiya Səba-ya
yalnız toyuğun öz xalis kütləsinin saxlamağa və istehsal etdiyi quş ətinin dadını və yüksək keyfiyyətini saxlamağa  imkan verir.


Hər yenilikdə bir fayda

 

Səba-dan əlavə ediblər ki, hər yeni Səba mağazası müştərilərinə xüsusi təkliflərlə açılacaq.

04.10.2017 08:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ