Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Fiat Chrysler" 646 min avtomobilini geri çağırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fiat Chrysler" 646 min avtomobilini geri çağırır

"Fiat Chrysler" avtomobil şirkəti , ABŞ-da təxminən 646 min avtomobilini geri çağırdığını açıqlayıb.

 

"Marja" xəbər verir ki, "Fiat Chrysler"dən verilən açıqlamada,  2011-2014-ci illər arasında istehsal olunan "Dodge Durango" və "Jeep Grand Cherokee" modellərində ortaya çıxan bir problem səbəbindən avtomobillərin geri çağırıldığı qeyd olunub.
 


Açıqlamada, sözügedən maşınların  tormoz sisteminə su girə biləcəyi və bu vəziyyətdə aşınma və ya donma ola biləcəyi, bunun əyləc funksiyana mənfi təsir edəcəyi vurğulanıb.


 
Sürücülərin əyləc pedalında həddən artıq sərtlik hiss edəcəyinə diqqət çəkilən açıqlamada, bunu müşahidə edən sürücülərin də servisə müraciət etməsi lazım olduğu bildirilib.


 
Açıqlamada həmçinin, həmin modellərdən Kanadada 42 min 304, Meksikada da 21 min 139 avtomobilin geri çağırdığı məlumatına yer verilib.

04.10.2017 05:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ