Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İtaliyanın iri holdinqinin direktoru İlham Əliyevin qəbulunda olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliyanın iri holdinqinin direktoru İlham Əliyevin qəbulunda olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

“Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib.


A.Profumo bu ilin mayında “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını deyib. O. “Leonardo” şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlət başçısına məlumat verib.


Prezident İlham Əliyev Alessandro Profumonu “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı bu ilin əvvəlində “Leonardo” şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq A.Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın gündəliyinin çox geniş olduğunu, iki ölkənin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirib.


Görüş zamanı “Leonardo” şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edilib və əməkdaşlığın yaxşı potensiala malik olduğu bildirilib.

 

"Leonardo"  İtaliyanın  iri maşınqayırma holdinqlərindən biridir. Holdinqin struktur bölmələri müdafiə, enerji, vertolyot, telekommunikasiya və nəqliyyat sahəsində sifarişləri yerinə yetirir

04.10.2017 11:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ