Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft ölkələrinin pulları güclənməyə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ölkələrinin pulları güclənməyə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xam neft qiymətləri, istehsalın azaldılması qərarları ilə əlaqədar 17 ayın ən yüksək səviyyəsinə çıxıb.

 

Reklam_3_11

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, buna bağlı olaraq, enerji şirkətlərinin səhmləri və neft ilə əlaqəli pul vahidləri dəyər qazanır. İstiqrazlar təzyiq altındadır. Çin səhmləri dəyər itirərkən, Japonyada Nikkei İndeksi bu ilin zərərini geri alıb.

 

Neft, Nyu York  və Londonda, həddindən artıq təklif vəziyyətini aradan qaldırmaq üçün OPEC və aralarında Rusiyanın da olduğuı OPEC-ə daxil olmayan ölkələrin razılaşdığı bir mühitdə  5%-dən çox dəyər qazanıb. Üstəlik Səudiyyə Ərəbistanı  razılaşmada göstəriləndən daha çox və tez istehsal ixtisarına gedəcəyini qeyd edib.

 

Dollar, faiz artırımı qərarı çıxmasının gözlənildiyi Fed toplantısı əvvəli, əvvəlki iki seansda 1% yüksəldikdən sonra yüngülcə geriləyib. Mis sıçrayış edərkən, Avstraliyadan Amerikaya ölkə istiqrazları düşüb. Çində Shenzen bazarında icra olunan səhmlər, əmlak şirkətlərindəki enişlərlə birlikdə son üç ayın ən sürətli itkisinə yönəlib.

 

Neft razılaşması, xam neft qiymətlərinin "atəşini" yüksəldib və bunun nəticəsində qlobal inflyasiya arta bilər.   Güclü ABŞ iqtisadi məlumatları və Donald Trump-ın seçkini qazanması, Fedin Çərşənbə günü tətiyi çəkəcəyinə (faiz artıracağına) dair gözləntiləri gücləndirib. ABŞ-da 2016-cı ilin sonuna qədər faizin artırılacağına bağlı gözlənti, 8 Noyabrdakı ABŞ prezident seçkilərindən bu yana dolları gücləndirərkən, ölkə istiqrazlarında satış gətirib.

 

Bu gecə Brent nefti Londonda ICE Futures Europe birjasında 3.56 dollar yüksələrək bareli 57.89 dolları, Qərb Teksas nefti (WTI) isə Nymex birjasında 3.01 dollar yüksələrək bareli 54.51 dolları görüb. Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti 56,64 dollrdan, Teksas nefti isə 54 dollardan alıcı tapıb.

12.12.2016 06:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ